“Nağdsız hesablaşmalar“ haqqında qanunda bir sıra dəyişikliklər edilmişdir

2025 ci ildə “Nağdsız hesablaşmalar” haqqında qanunda bir sıra dəyişikliklər edilmişdir.

Qanunun 3.3 maddəsində edilən dəyişikliyə əsasən , Qanunun  3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizindən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi otuz min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan artıq olan hesablaşmalar üzrə, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi əlli min manatdan çox olduqda isə təqvim ayı ərzində ümumi məbləği əlli min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Bu o, deməkdir ki, tətbiq edilən 2% faiz ilə bağlı yenə də məhdudiyyətlər var. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınan vergi ödəyicilərinin  təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyə məbləğinin  (ƏDV daxil olmaqla) 2% faizi 30 000 manatdan az olduqda 30 000 manatadək nağd əməliyyat apara bilər, amma vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ictimai iaşə obyektlərinin əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi  üzrə maksimum nağdlaşdırıla bilinəcək məbləğ 50 000 manat  təyin edilmişdir.

Bundan başqa, Qanunun 3.3-1 maddəsinə əsasən kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlar mövsümi xarakter daşıyan işlərə mülkü hüquqi müqavilələr əsasında (praktikada heç kəs müqavilə bağlamır) işə cəlb edilən işçilərə günlük maksimum 20 manat haqq verə biləcək.

Daha bir maddə, Qanunun 3.5 maddəsinə əsasən xam dəri istehsal edən vergi ödəyiciləri üçün də maksimum 15 000 manat olmaqla nağdlaşdırma fürsəti yaranmışdır. 

Qanunun 3.4 maddəsinə yalnız nağdsız əməliyyatlar aparıla bilən əməliyyatların siyahısı bir az da artırılmışdır. Bunlara daxildir:

3.4.10. ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;

3.4.11. pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər; [6]

3.4.12. tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər;[7]

3.4.13. “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları);[8]

3.4.14. daşınmaz əmlakın alqı-satqısı üzrə, mənzil-tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər;

3.4.15. qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər;

3.4.16. rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər.

Təlimlərə müraciət

Təlimlərə müraciət etmək üçün məlumatları əlavə etdikdən sonra sizinlə əlaqə saxlanılacaqdır